Azərpoçt
Azərpoçt

“Azərpoçt” MMC 25 ədəd 3 təkərli velosipedlərin alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

“Report” vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “TOUCHESS” MMC-dir. Qalib şirkətə 10,7 min manat ödəniləcək.

Qeyd edək ki, “Touchess” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 min manat, qanuni təmsilçisi isə Səbuhi Məmmədov Əmirxan oğludur.